Cümə günü 14 Dekabr 2018

Təhsil

DİM Gəncədə yeni təhsil proqramları üzrə hazırlıq kursları təşkil edəcək

Sənubər Qocayeva - 04/12/2018

Kuslar dekabrın 8 və 9-da təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzi dekabrın 8-9-da Gəncədə Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.

Hadisə

Təhsil