Şənbə 19 Yanvar 2019

QHT

Gəncədə “Sosial sahibkarlıq” mövzusunda tədbir keçirilib

Sənubər Qocayeva - 04/12/2018

Gəncə şəhərində vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Sosial sahibkarlıq” mövzusunda 2 günlük seminar keçirilib. Seminarda sosial sahibkarlıq anlayışı, sosial sahibkarlığın prinsipləri, sosil biznesin əsas mərhələlələri, sosial sahibkarlıq ideyası, sosial sahibkarlığın marketinq planı, sosial sahibkarlığın ilkin kapital mənbələri və hüquqi məsuliyyəti barəsində geniş məlumatlar verilib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və iki günlük proqramı haqqında məlumat verib. O bildirib ki, sosial sahibkarlıq vətəndaş cəmiyyətinin inkişaf edtirilməsinə əlavə dəyər gətirən bir kateqoriyadır. Tədbirdə iştirak edən qeyri-kommersiya təşkilatlarının nümayəndələri sosial sahibkarlığın ideya və dəyərlərini mənimsəməli və öz fəliyyətlərində tətbiq etməlidirlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gəncə-Qazax bölgəsi üzrə koordinatoru Fariz Qarayev seminarın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzulayıb. Tədbirin məruzəçi eksperti, Beynəlxalq Əmək Təşkilatının master treneri Azad Rəhimov xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına sosial sahibkarlıq anlayışı, sosial sahibkarlığın prinsipləri, sosil biznesin əsas mərhələlələri, sosial sahibkarlıq ideyası, sosial sahibkarlığın marketinq planı, sosial sahibkarlığın ilkin kapital mənbələri və hüquqi məsuliyyəti barəsində geniş məlumatlar verib.

Daha sonra seminar iştirakçılarının sosial sahibkarlıq sahəsində praktik bacarıqlar əldə etmələri üçün qruplarla iş aparılıb.

17 nəfər vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi aparılıb, sosial sahibkarlıq məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Photogallery

IMG 6606 IMG 6578

Ən çox oxunan

Hadisə