Cümə günü 14 Dekabr 2018

Təhsil

UTECA tələbələri “NEW GENERATION” layihəsi ilə tanış oldular

Gülnar Fazilqızı - 01/12/2018

Azərbaycan Texnologiya Universitetində “Yeni Nəsil” (New Generation) layihəsinin təqdimatı olub.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin(DVC) “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı, “Coca-Cola Foundation”-un dəstəyi ilə reallaşan layihə Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala kimi ölkəmizin 4 iqtisadi-regionundan olan gəncləri əhatə edəcək.

“Yeni Nəsil” layihəsi çərçivəsində gənclərə biznes və maliyyə savadlıqlarının artırılması yönündə təlimlər keçiriləcək, mentor və bizines investorların görüşləri təşkil ediləcək. Beləliklə gənclər layihənin mərhələləri müddətində sərmayəçilərdən dəstək alacaqlar. 4 mərhələdən ibarət proqram zamanı gənclər öz ideyalarını biznesə çevirmək, investisiya əldə etmək imkanı qazanacaqlar.

Layihəyə qoşulmaq üçün: www.ng.youthinc.az/apply

Gəncədə təlimlər:
01.12.2018 – Gənclər Evi
1-ci təlim: 12:00
2-ci təlim: 14:00

Photogallery

47147811 2175093002502779 7932319230047813632 N 46973047 2175093042502775 3105917462802071552 N

Hadisə

Təhsil