Cümə günü 14 Dekabr 2018

Mədəniyyət

Niyazi Bayramov türkiyəli sənətçi Müşərrəf Akayı qəbul edib

Gülnar Fazilqızı - 01/12/2018

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov türkiyəli sənətçi Müşərrəf Akayla görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrindən söz açılıb. Sarsılmaz təməl üzərində qurulan münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğu dilə gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük töhfələr verir. Eyni dinin, dilin, mədəniyyətin və bir çox digər qarşılıqlı bağlarin mövcudluğu Azərbaycan və Türkiyəni hər zaman bir-birinə doğma edib. Niyazi Bayramov Türkiyənin tanınmış sənətçisini Gəncədə görməkdən məmmunluq ifadə edib. Görüşdə Müşərrəf Akayın Gəncədə solo konsertinin təşkili məsələsi də müzakirə edilib.

Türkiyənin tanınan sənətçisi Müşərrəf Akay bildirib ki, bu onun Gəncəyə ikinci səfəridir. Şəhərin gözəlləşdiyini, müasirləşdiyini dilə gətirən sənətçi, Azərbaycan xalqına dərin sevgi və hörmət bəslədiyini bildirib. Azərbaycan musiqisinin vurğunu olduğunu deyən Müşərrəf Akay, birgə layihələrin reallaşdırılmasına böyük sevinclə razılıq verəcəyini qeyd edib.

Xatırladaq ki, türkiyəli sənətçi “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətnin Türkiyədə “TRT Müzik” televiziya kalanında həyata keçirdiyi “Əziz dostum” layihəsi çərçivəsində Gəncəyə gəlib. Layihənin yekun konsert  proqramı Gəncə Dövlət Filarmoniyasında baş tutub.

Photogallery

WhatsApp Image 2018 12 01 At 10.41.54

Hadisə

Təhsil