Cümə günü 14 Dekabr 2018

Təhsil

Gənc alim UTECA tələbələri ilə görüşüb

Gülnar Fazilqızı - 30/11/2018

UTECA YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər şurasının sədri, gənc alim Elnur Həsənov Azərbaycan Texnologiya Universitetində tələbə, magistr və doktorantlarla görüşüb.

İxtisasca etnoqraf-antropoloq olan 31 yaşlı gənc alim çıxışında Gəncənin tarixən elmə verdiyi töhfədən, dünyada, eləcə də ölkəmizdə elmin hazırki inkişafından danışıb. Bu gün Azərbaycan gəncləri üçün yaradılan şəraitdən bəhs edib. Tələbələrin müxtəlif suallarının cavablandıran gənc alim sonda gənclərə məsləhət və tövsiyyələrini verib.

Qeyd edək ki, Elnur Həsənov Elm üzrə Prezident mükafatçısı, İsveç Kral Akademiyasının, Yaponiya Elm Cəmiyyətinin və Frankfurt – Höte Universitetinin (Almaniya) fəxri üzvüdür. O həm də Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini icra edir. İsveç Kral Akademiyasının Rəyasət Heyətinin qərarı ilə gənc alimin namizədliyi Nobel mükafatı Komitəsinə irəli sürülüb.

Elnur Həsənovun ölkəmizdə, eləcə də ABŞ, Yaponiya, Kanada, İtaliya, Fransa, Almaniya, İsveç, Böyük Britaniya, Avstriya, Hindistan, Pakistan, Rusiya, və digər ölkələrin yüksək inpakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan və rus dillərində 200 dən çox elmi əsər və monorafiyası çap edilib.

Photogallery

46963400 2173791565966256 7416487842412494848 N 46922652 2173791629299583 6027319939407282176 N

Hadisə

Təhsil