Cümə günü 14 Dekabr 2018

Sosial

Gəncə MKTİB-in tabeli qurumları qış mövsümü ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib

Sənubər Qocayeva - 26/11/2018

Payız-qış mövsümünün gəlişi ilə əlaqədar olaraq Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin tabeli qurumları gücləndirilmiş iş rejimində çalışır.

Qurum qarlı havalarda yolların və səkilərin təmizlənməsi üçün texnikalarını saz vəziyyətə gətirib. Həmçinin anbarlara 25 ton qum, 20 ton duz tədarük olunub. Birlik bu ilini sonuna qədər şəhərdə 148 binanın dam örtüyünün əsaslı şəkildə dəyişdirilməsinidə təmin edəcəkdir. Qurum qışa hazırlıq məqsədilə yollarda avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün 26 küçənin asfaltlanması və gecə işıqlnadırılmasınında həyata keçirir.

Gəncə şəhər MKTİB-nin rəis müavini Nizami Babayev bildirib ki, əsasən şəhərin enişli və yoxluşlu yollarına, işıqforların yaxınlıxlarına  qum və duz səpilməsi planlaşdırıb. Müavinin sözlərinə görə, payız-qış mövsümü ilə bağlı bütün tabeli təsərrüfatlarda növbətçiliklər yaradılması və müəyyən problem yaranarsa onların operativ şəkildə aradan qaldırılması nəzərdə tutulub.

kepeztv.az

Hadisə

Təhsil