Cümə günü 14 Dekabr 2018

Sosial

AQTA sədri Gəncədə yerli bölmənin işi ilə tanış olub

Sənubər Qocayeva - 26/11/2018

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Gəncədə yerli bölmənin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla görüşüb, onların biliklərini yoxlayıb və öz tövsiyələrini verib.

Daha sonra Q.Təhməzli Tovuz şəhər Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən vətəndaşlarla görüşüb. Görüşdə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən iddiaçılar iştirak edib. Hüquqşünaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, kimya, biokimya, biologiya, mikrobiologiya, maliyyə və mühasibat uçotu ixtisasları üzrə ali təhsili olan və işə qəbul üçün müraciət edən vətəndaşlarla fərdi qaydada söhbət aparılıb.

Agentliyin sədri vətəndaşların müraciətlərini və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Sədr görüş zamanı dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

 

Hadisə

Təhsil