Çərşənbə günü 26 İyun 2019

QHT

Gənc xanımlara biznes və liderlik bacarıqları aşılanıb

Gülnar Fazilqızı - 24/11/2018

Gəncə şəhər Gənclər evində “Biznes və Liderlik” layihəsi çərçivəsində 3 günlük təlim keçirilib. Layihə Azərbaycan Respublikasındakı Litva Səfirliyinin və COUNTERPART İnternasional təşkilatının dəstəyi ilə reallaşıb.

Təlimdə Litvanın Azərbaycandakı səfirinin müavini Dalija İqnatavisiute, Litva Xarici İşlər Nazirliyinin İnkişaf və Əməkdaşlıq departamentinin konsulu Eirimas Pakalnis, COUNTERPART İNTERNASİONAL təşkilatının Bakı ofisinin rəhbəri İlqar  Ağasiyev iştirak diblər.

Gəncədə yaşayıb işləyən və təhsil alan 18-30 yaşlı gənc xanımlar təlimlərə iştirakçı qismində qatılıblar. Layihənin əsas məqsədi gənc qadınlarda liderlik və özünüinkişaf, biznes planlaşdırılması və idarəçilik, marketinq bacarıqlarının inkişaf etdirilməsi, onların səmərəli ünsiyyət bacarıqlarının inkişafına dəstək olmaqdır. Buna nail olmaq üçün təlimlərdə iştirakçılar kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi, marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və bunlarla bağlı ölkəmizdə olan qanunvericilik, eyni zamanda, liderlik, PR və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyiblər. Rol Module şəxsində PAŞA BANK Gəncə filialının direktoru Sevil Abbasova iştirak edərək gənc xanımlarla uğur hekayəsini bölüşüb, onlara kiçik və orta bizneslə məşğul olmaq üçün bank və kreditlərdən istifadə yolları haqqında danışıb.

Photogallery

M2 M4 M1

Hadisə