Cümə günü 14 Dekabr 2018

İqtisadiyyat

GABA fermerlər üçün təlimlər təşkil edir

Sənubər Qocayeva - 24/11/2018

Gəncə Aqrobiznes Assosiasiyasının təlimçiləri Qax rayonunda olublar.

Gəncə Aqrobiznes Assosiasiyası “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsini icra edir. Layihə çərçivəsində ekspertlər tərəfindən Qax rayonunda yerli fermerlər üçün təlimlər təşkil olunub. Təlimlərdə fındıq və tərəvəz sahələrində zərərverici orqanizmlərə qarşı bioloji mübarizə üsullarının tətbiqi və ekoloji təmiz məhsul istehsalı mövzuları müzakirə olunub. Tədbir Aqrar Elm Mərkəzinin və Ekoloji Kənd Təsərrüfatı üzrə Təcrübə və Resurs mərkəzinin nümayəndələrinin dəstəyi ilə reallaşıb. Tədbirdə 50-dən çox ekoloji təsərrüfatçılıqla məşğul olan fermer iştirak edib.

Hadisə

Təhsil