Cümə günü 14 Dekabr 2018

İqtisadiyyat

Gəncə-Qazax iqtisadi rayonları üzrə zona turniri keçirilib

Sənubər Qocayeva - 22/11/2018

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Gəncə-Qazax iqtisadi rayonları üzrə zona turniri keçirilib.

Zona turniri Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir şəhərində təşkil olunub.

Zona turnirində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirak edib. Mirhəsən Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb.

Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turnirində “Xəmsə”, “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Gəncə şəhərinin, “Axtar-tap” intellektual oyununda Tovuz rayonunun gənc intellektualları qalib gəliblər.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən intellektual oyunlarda əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

Qeyd edilib ki, “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial və intellektinin qiymətləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Məhz həmin proqramın alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

Photogallery

1542799433200033306 1000x669 1542799433536992846 1000x669 15427994332353810866 1000x669

Hadisə

Təhsil