Cümə günü 14 Dekabr 2018

Sosial

Məktəblilər payız tətilinə buraxılıb

Sənubər Qocayeva - 16/11/2018

Bu gündən məktəblilərin payız tətili başlayıb

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb.

Tətil noyabrın 21-dək davam edəcək.

Tədris ilinin 5 günlük qış tətili isə 2019-cu ilin yanvarın 27-dən 31-dək olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

 

Hadisə

Təhsil