Bazar günü 18 Noyabr 2018

Cəmiyyət

Gəncədə ağacəkmə aksiyası keçirilib

Gülnar Fazilqızı - 09/11/2018

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə baş tutub. Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Gəncənin yeni asfaltlanan Azərbaycan bayrağı küçəsində təşkil olunan ağacəkmə aksiyasında ictimaiyyət nümayəndələri və gənclərin xüsusi fəallığı müşahidə olunub.

Ərazidə təmizlik-abadlıq işləri aparılıb, yol kənarı alaq otlarından və daşlardan təmizlənib. Daha sonra burada 2000-ə yaxın Eldar şamı ağacı əkilib. Yeni əkilən ağaclar xüsusi ayrılan su maşınları vasitəsi ilə suvarılıb. Qeyd edək ki, Gəncədə şəhərin təmiz saxlanması, gül-çiçəklərin, ağacların əkilməsi və qorunması, onlara aqrotexniki qaydada qulluq edilməsi üçün iməclik və aksiyaların keçirilməsi ənənəvi xarakter daşıyır. Ekologiyanın qorunması və şəhərin gözəlləşməsinə töhfə verilməsi məqsədilə həyata keçirilən bu tip aksiyalar davamlı olacaq.  

Photogallery

+XB  0231 +XB  0171 +XB  0200 +XB  0249