Bazar günü 18 Noyabr 2018

Cəmiyyət

Türkiyənin Gəncədəki Baş konsulluğunda media nümayəndələri ilə görüş keçirilib

Sənubər Qocayeva - 08/11/2018

Türkiyənin Gəncədəki Baş konsulluğunda, Türkiyə Cümhuriyyətinin Gəncəyə yeni təyin olunan baş konsulu Zəki Öztürk Qərb bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb. Görüşdə Türkiyənin humanitar xarici siyasətindən, həmçinin Azərbaycan və Türkiyə əlaqələrindən geniş söz açılıb.

Zeki Öztürk bildirib ki, humanitar yardım siyasəti dünyada birinci sırada yer alır və hər kəsə insanlıq dərsi verir. Qlobal Humanitar Yardım 2017 hesabatına görə, Türkiyə ötən il ən çox humanitar yardım edən ölkə olub. “Ən səxavətli ölkə” sayılan Türkiyə, milli gəlirinin 0,85 faizinə uyğun gələn humanitar yardımlar reallaşdırıb. Türkiyə dünyada ən çox yardım edən ölkələr siyahısında Almaniya və ABŞ  keçərək birinci yeri tutub. 2017-ci ildə Türkiyə inkişafdan geri qalmış ölkələrə 8,07 milyard dollar yardım edib. Bu isə 2016-ci ilə nisbətən 34,5% çox deməkdir.

Türkiyənin Gəncədəki Baş konsulu bildirib ki, Türkiyə ən çox humanitar yardım edən ölkə olaraq həm paylaşmağın nə olduğunu, həm də sözdə deyil, əməldə insanlara layiq olduqları dəyəri verməyin necə olduğunu dünyaya göstərir. Türkiyənin ən çox qaçqın saxlayan ölkə olması da çarəsizə münasibətin fərqini nümayiş etdirir.

Daha sonra Azərbaycan ilə Türkiyə arasında mövcud olan əlaqələrdən danışılıb. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrin bu əlaqələri şərtləndirən amillər sırasında yer aldığını bildirən Baş konsul,  Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xususi vurğulayıb. Qeyd edib ki, bu münasibətlərdə Gəncə şəhəri də çox böyük önəm kəsb edir.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Photogallery

5b31c9df C8fa 423e 9ec2 F453ba332143 44ee7a81 6d54 4eb2 B5fc 3657f5921604 0ce6f8de A308 4040 Aaa9 65b8dd8fc5c8 DSC 0027