Bazar günü 18 Noyabr 2018

Sosial

Gəncənin işıqlandırılma sistemi yenilənir

Sənubər Qocayeva - 07/11/2018

Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində şəhərin küçə işıqlandırılması da diqqət mərkəzindədir. Hazırda şəhərin asfalt örtüyü çəkilən bir neçə küçəsində dayaqlar basdırılır.

GanjaNews.az Kepeztv.az saytına istinadən bildirir ki, Gəncə şəhər Küçə işıqlandırma şöbəsi tərəfindən  son bir neçə ayda Tağı Arani, Bağmanlar, Fikrət Əmirov, Museyib Bağırov, Feruz Məlikov, Mirzə Ələkbər Sabir, Əttarlar və Mircəlal Paşayev küçələri tam işqılandırılaraq əhalinin istifadəsinə verilib. Şəhərin inkşaf planına uyğun olaraq Gəncənin ətraf yaşayış massivlərində də yaxın vaxtlarda küçə işqıandırılıması ilə bağlı işlər həyata keçiriləck. Payız-qış mövsümü ilə əlaqədar olaraq hazırda şəhərin küçə və prospektlərində işıqlandırma saat 17:30-dan səhər 7-dək həyata keçirilir.

 Gəncə Şəhər Küçə İşıqlandırma Şöbəsinin sahə rəisi Akif Qəmbərovun sözlərinə görə Museyib Bağırov küçəsində təcrübə üçün Gəncə şəhər Cihazqayırma zavodunda istehsal olunan işıqlandırıcılardan 110 ədəd ilkin olaraq istifadə olunub.  Akif Qəmbərov bildirib ki, mövcud sərfiyyatdan 4-5 dəfə qənaətli olan işıqlandırıcılardan əla effekt əldə olunub və hazırda əhalinin istifadəsinə verilib.