Bazar günü 18 Noyabr 2018

Cəmiyyət

Gəncə üçün bu günün hava proqnozu

Sənubər Qocayeva - 17/11/2018

Gəncədə hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.