Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

Gəncədə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan dəyirmi masa təşkil edilib

Sənubər Qocayeva - 31/10/2018

Gəncə şəhər Nadir Hüseynov adına 38 saylı tam orta məktəbdə Mikayıl Müşfiqin 110 illik yubleyi münasibəti ilə “Səni Kim Unudar” adlı dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə əməkdar müəllim Zinyət Musayeva açaraq, Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamı diqqətə çatdırıb. Zinyət Musayeva şairin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz rolundan danışıb.

Tədbirdə Mikayıl Müşfiqin poeziyasına qısa nəzər salınıb, çox gənc yaşında repressiyanın qurbanı olmuş ölməz sənətkarımız Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib.

Şagirdlər nakam şairin qəlblərə hakim olan poeziyasından və nəğmələrə çevrilərək ruhumuza hopan şeirlərini böyük ruh yüksəkliyi ilə söyləyiblər.

Photogallery

45011750 2730824380477062 3904122531874865152 N