Bazar günü 20 Yanvar 2019

QHT

Gəncədə “Sağlam Gələcəyə Doğru” İctimai Birliyin layihəsi təqdim olunub

Sənubər Qocayeva - 26/10/2018

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və “Sağlam Gələcəyə Doğru” İctimai Birliyin təçkilatçılığı ilə “Qərbi Azərbaycandan deportasiya olunmuş əhalinin interaktiv qeydiyyat portalının yaradılması və tanıdılması” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında gerçəkləşib.

“Sağlam Gələcəyə Doğru” İB-in sədri Azər Hüseynov çıxış edərək Qərbi Azərbaycan torpaqları son 200 ildə region konfliktlərinin daimi mərkəzinə çevrilməklə böyük dövlətlər tərəfindən başqalarına “peşkəş” edildiyini tədbir iştirakçıların nəzərinə çatdırıb. Beləliklə müxtəlif illərdə həmin torpaqlardan fərqli bəhanələrlə həmyerlilərimiz ən azı 6 dəfə məcburi deportasiyaya məruz qalıblar. Azər Hüseynov  bildiridi ki, bunu nəzərə alaraq birlik  “Qərbi Azərbaycandan deportasiya olunmuş əhalinin interaktiv qeydiyyat potrtalının yaradılması və tanıdılması” adlı layihənin icrasına başlayıb. Layihənin əsas məqsədi müxtəlif dövrlərdə Ermənistanda deportasiya edilən insanların bir interaktiv qeydiyyat portalının yaradılmasından ibarətdir.  Sədr həmçinin,  əsas məqsəddən doğan digər məqsədlər isə bu insanların ana Vətənin məhz Qərbi Azərbaycan olmasını, onların bu torpaqlardan məcburi deportasiya olunmasını, bu hadisələrin maddi və mənəvi zərərçəkənləri olan insanlar qarşısında Ermənistan dövlətinin məsuliyyət daşıdığını dünya ictimaiyyətinə çatdırmaqdan ibarət  olduğunu vurğulayıb.  

Bildirirldi ki, portal yaradıldıqdan sonra onun geniş tanıdılması vasitəsi ilə populyarlaşmasına nail olmaq əsas vəzifədir. Bu vəzifənin icrası üçün təbliğat-təşviqat işi ilə yanaşı həm də internetin imkanları səfərbər olunmalıdır. İkincı əsas vəzifə isə əldə olunan informasiyanın beynəlxalq icyimaiyyətə çatdırılmasıdır.

Sonra portalın təsisçisi İlkin Lətivof yeni yaradılan saytın nümunə versiyasını təqdim edərək onun texniki və vizual tərəflərini iştirakçılara əyani sürətdə izah etdi.

Tədbir qarşılıqlı diskusiya şəklində davam etdi.

Photogallery

XB  8555 XB  8558

Ən çox oxunan

Hadisə