Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

Niyazi Bayramov mədəniyyət işçiləri ilə görüşüb

Gülnar Fazilqızı - 25/10/2018

Görüşdə Gəncənin mədəni həyatında müstəsna rola malik insanlar iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mədəniyyət işçilərini salamlayaraq, bildirib ki, görüş Prezident İlham Əliyevin tövsiyyə və tapşırığına əsasən keçirilir. Məqsəd bu sahədə çalışan insanları dinləmək, onları narahat edən məsələlərin, mövcud problemlərin həlli yollarını tapmaqdır.

Görüşdə Gəncə mədəniyyətinin müxtəlif sahələrini əhadə edən şəxslər çıxış edərək, onları narahat edən məsələləri dilə gətirib, müəyyən təkliflər səsləndiriblər.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov çıxış edərək, sənət ocağının tarixi və bu günü barədə məlumat verib. O bildirib ki, özünün 124-cü mövsümünü yaşayan teatr, hər il olduğu kimi bu il də öz səhnəsində həm yerli həm də xarici dramaturqların əsəslərinə yer verib. Son 6 ildə  Gəncə Dövlət Dram Teatrının kollektivi 15 beynəlxalq festivala qatılıb, Azərbaycanı Türkiyə, Ukrayna və Gürcüstan da daxil olmaqla bir çox ölkələrdə layiqincə təmsil edib. Hazırda  Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın inşasını dövlətin göstərdiyi yüksək diqqətin bariz nümunəsi kimi qiymətləndirən Əli Qasımov, ölkə rəhbərinə minnətdarlıq ifadə edib.

Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmayıl Paşayev söz alaraq, rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən söz açıb. O bildirib ki, Gəncə Dövlət Kukla Teatrında 3 xalq artisti, 2 prezident mükafatçısı çalışır. Əsasən yerli yazarların əsərlərinə üstünlük verildiyini qeyd edən Fərmayıl Paşayev, “kollektivimiz kiçik olsa da, böyük uğurlara imza atırıq” – deyə bildirib. O narahatlıq doğuran bir sıra məsələlər də toxunub. Fərmayıl Paşayev bildirib ki, hazırda teatrdakı ən böyük çatışmazlıq istilik sisteminin olmamasıdır.

Azərbaycan Respublikasının əməkdar rəssamı Mübariz Əkbərov çıxış edərək, bildirib ki, o sənətkarlığın bədii metal işləmə növü ilə məşğuldur. Çalışdığı emalatxanada lazımi şərait olmadığından tələbə hazırlaya bilmir.  O həmçinin qeyd edib ki, onun əl işləri milli sərvət sayıldığından kütləvi satışı həyata keçirilmir. Bununla yanaşı əməkdar rəssam fərdi sərgisinin təşkili üçün şərait yaradılmasını xahiş edib. “Bu həm də unudulmaqda olan sənətkarlıq növünün inkişafına təkan olar” – deyə, Mübariz Əkbərov bildirib.

Gəncə Dövlət Filarmoniyasının direktor müavini, Xalq-Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, əməkdar artist Elçin Elçiyev, Xalq Artisti Şahnaz Haşimova, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, heykəltəraş Şərif Şərifov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və başqaları çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.

Çıxışçıları diqqətlə dinləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qaldırılan problemlərin qısa zamanda həll olunması üçün müvafiq tapşırıqlar verib.

Photogallery

+XB  8092 +XB  8058