Bazar günü 18 Noyabr 2018

İqtisadiyyat

Gələn il Gəncə şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək

GanjaNews - 24/10/2018

2019-cu ilin dövlət büdcəsindən bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq. Bu barədə '2019-cu ilin dövlət büdcəsi haqqında' qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək. Bunlar aşağıdakılardır:

Şəhərlər - Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax.

Rayonlar - Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı.

2019-cu ilin dövlət büdcəsində Gəncə şəhərinin gəlirləri  47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib.

trend