Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

Gəncə rəssamlarının sərgisi keçiriləcək

Sənubər Göyüşqızı - 23/10/2018

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Aərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək.

Bəzi fərziyyələrə görə Gəncə sözü pəhləvi dilindən “xəzinə” kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olaraq, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə onların baxışı, münasibətini açıb göstərmək ideyası irəli sürülür. Layihənin ilk mərhələsində Gəncə dəyərlərinin paytaxat sakinlərinə tanıtması məqsədilə Bakıda, daha sonra isə Gəncədə daha uzun müddətli dövr üçün təşkili nəzərdə tutulur.

Layihənin məqsədi Azərbaycanın bədii ənənələri və mədəni irsinin dəstəklənməsi, gənc rəssamın bədii inkişafına və formalaşması üçün yaradıcı mühitin yaradılması; bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc perspektivli rəssamların aşkarlanması və onların dəstəklənməsi; region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması; estetik tərbiyə; geniş auditoriyaya regionun diqqətə layiq dəyərlərini göstərmək; yetişməkdə olan nəsil tərəfindən müasir incəsənətin mədəni dəyərlərinin qavranılmasıdır.

Sərgidə iştirak etmək istəyən rəssamlardan eskizlərin fotolarını 10 noyabr 2018-ci ilədək xazina.sargisi@mail.ru elektron ünvanına göndərmələri xahiş olunur.