Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

“Şah Abbas” və “Uğurlu xan” karvansaralarının əsaslı təmir işlə davam edir

Sənubər Göyüşqızı - 19/10/2018

Gəncədə ölkə əhəmiyyətli memarlıq abidələrindən olan “Şah Abbas” və “Uğurlu xan” karvansaralarının əsaslı təmir və bərpası istiqamətində işlər davam etdirilir.

Bu barədə 2018-ci ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib. Həmçinin bildirilib ki, ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına daxil olan Bala bağman və Qazaxlar məscidlərində ilkin görünüşlərinə xələl gətirilmədən cari ilin sentyabr ayında təmir-bərpa işləri aparılıb. Bundan başqa şəhərimizdə milli bayramların, tarixi günlərin, əlamətdar hadisələrin rəngarəng kütləvi tədbirlərlə qeyd edilməsi ənənəsi davam etdirilir.

2018-ci ilin doqquz ayı ərzində şəhərimizə 104 min 180 nəfər turist gəlmiş, onlardan da 8 min 675 nəfəri xarici ölkə vətəndaşıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici turistlərin sayı 11,1 faiz çox olmuşdur.

Gəncə Regional Mədəniyyət İdarəsi mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəniyyət abidələrinin qorunub saxlanılması, eləcə də şəhər əhalisinin asudə vaxtının səmərəli təşkili sahəsində fəaliyyətini daha da gücləndirməlidir.