Bazar günü 18 Noyabr 2018

Dünya

Sankt-Peterburqdakı Nizami Gəncəvi bağında bərpa işləri aparılır

Gülnar Fazilqızı - 17/10/2018

Yenidənqurma və abadlaşma işləri Heydər Əliyev Fondunun Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində aparılıb.

Bu barədə Fonddan məlumat verilib.

Qeyd edək ki, şəhərin sərt iqlim şəraiti dahi şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və onun abidəsinə öz təsirini göstərib. Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb. Nizaminin obrazını Azərbaycan heykəltəraşı Qəyruş Babayev yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin himayədarlığı ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulub. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib.

Photogallery

15396999225391436495 1000x669