Bazar ertəsi 17 Dekabr 2018

Elm

Gəncəli gənc alim beynəlxalq konfransda iştirak edib

Sənubər Qocayeva - 12/10/2018

AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov Bakıda keçirilən "Dekorativ sənət və interyer" mövzusunda Beynəlxalq Konfransda iştirak edib.

Beynəlxalq Muzeylər Şurasının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq konfrans 10-12 oktyabr tarixlərini əhatə edib. Konfransda ölkəmizlə yanaşı, Yaponiya, ABŞ, Rusiya, Çexiya, Almaniya, Polşa, Türkiyə, Portuqaliya və digər ölkələrdən görkəmli alimlər, muzey rəhbərləri iştirak ediblər. Konfransın açılış mərasimində Beynəlxalq Muzeylər Şurasının prezidenti, professor Suay Aksoy, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, professor Sevda Məmmədəliyeva və digər rəsmi şəxslər çıxış ediblər. Beynəlxalq konfransa paytaxtla yanaşı, regionlardan olan tədqiqatçılar da qatılıblar. AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov "Ənənəvi Gəncə xalçalarının səciyyəvi naxış xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.  

Konfransda növbəti beynəlxalq toplantının 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçirilməsi qərara alınıb. 

Photogallery

20181010 115627

Hadisə