Cümə günü 14 Dekabr 2018

Təhsil

GDU-nun tələbələri Mirzə Şəfi Vazeh Muzeyində olub

Sənubər Göyüşqızı - 11/10/2018

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər.

Tələbələr iki mərtəbədən ibarət,  qırmızı bişmiş kərpicdən, XIX əsrin birinci yarısına xas olan Avropa memarlıq üslubunda tikilmiş binada yerləşən muzeylə yaxından tanış olublar.  Muzeyin bələdçiləri ekspozisiya zalı ilə tanış olan tələbələrə ətraflı məlumat verərək bildiriblər ki, Nizami yurdunda Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində mühüm işlər görülüb. Şəhərin Gülüstan  qəsəbəsində  milli memarlıq üslubunda inşa edilən Mirzə Şəfi Vazeh Muzeyi və muzeyin ətrafında  salınan görkəmli ədibin adını daşıyan park da bu işlərin uğurla davamıdır. Qeyd edilib ki, muzeydə Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı da nümayiş olunur.

Gənclər muzeyin ətrafında geniş ərazini əhatə edən eyniadlı parkda da olub, şairin heykəlinin arxasındakı divara mozaika işləmələrlə həkk olunan Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirlərinə tamaşa ediblər.

Mirzə Şəfi Vazeh Muzeyi ilə tanışlıq tələbələrinin böyük marağına səbəb olub və onlarda xoş təəssürat yaradıb.

Photogallery

43612891 2151778518437267 8045416318930780160 N 43607054 2151778508437268 7844328192104988672 N

Hadisə

Təhsil