Çərşənbə günü 17 Oktyabr 2018

Təhsil

ADAU-nun tələbələri Azərbaycan Xalq Cümhuriyyəti muzeyində olub

Sənubər Qocayeva - 11/10/2018

Universitetin tələbələri tariximizlə bağlı dərsi Azərbaycan Xalq Cumhuriyyəti muzeyində keçib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin baytarlıq təbabəti və əczaçılıq ixtisası üzrə birinci kurs tələbələri tariximizlə bağlı dərsi Azərbaycan Xalq Cumhuriyyəti muzeyində keçib. 

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimləri Azər Axundov və Elgün Aslanovun birlikdə apardığı “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” adlı dərs muzeydə daha maraqlı keçib.

Muzey eksponatları arasında keçən dərs tələbələrin tariximizə səyahəti kimi yadda qalıb. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər barədə tələbələrə ətraflı məlumatlar verilib.

Photogallery

43569442 1975856945840584 5201589683359842304 N 43688336 1975856919173920 4393808881621401600 N

Hadisə