Çərşənbə günü 17 Oktyabr 2018

Elm

GDU alimlərinin ixtirası olan iki qurğu beynəlxalq sərgidə nümayiş etdiriləcək

Gülnar Fazilqızı - 11/10/2018

Gəncə Dövlət Universiteti 12-ci Azərbaycan beynəlxalq karyera sərgisində iştirak edəcək. Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgidə universitetin son illərdə elm, təhsil və idman sahəsində qazandığı uğurları, beynəlxalq əlaqələri, qoşulduğu beynəlxalq proqramlar – AESOP, PETRA, EQAC, ESFİDİP layihələri nümayiş etdiriləcək. Sərgidə, həmçinin universitetdaxili startap müsabiqələrində qalib gəlmiş ideyaların prototipləri olan meyvəqurudan qurğu ilə bal arılarını gənələrdən təmizləyən qurğu ilk dəfə sərgi iştirakçılarına təqdim ediləcək.

Azərtac

Hadisə