Cümə günü 14 Dekabr 2018

Cəmiyyət

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının toplantısı keçirilib

Sənubər Göyüşqızı - 11/10/2018

Toplantıda YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, idarə və müəssisə ərazi ilk partiya təşkilatları Qadınlar Şuralarının sədrləri və İdarə Heyəti üzvləri, partiyanın qadın fəalları iştirak ediblər.

Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu var- sözləri ilə tədbiri açan millət vəkili Pərvin Kərimzadə bu gün cəmiyyətdə fəal mövqe tutan qadınların ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəklədiyini, bu siyasi xəttin reallaşmasında fəal iştirak etdiklərini bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi, onların Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunması ölkəmizin uğurlarının göstəricisidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir.

Pərvin Kərimzadə Azərbaycan qadınının hüquqlarının qorunmasında, cəmiyyətdə yüksək mövqe tutmasında, gündən-günə artan fəallığında, onların milli maraqlar ətrafında sıx birləşməsində cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının müstəsna rolu olduğunu xüsusi ilə vurğulayıb.

Tədbirdə çıxış edən partiyanın qadın fəalları Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında qadınların rolunun durmadan artmasından danışıblar. Qeyd ediblər ki, öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.

Geniş diskussiya şəraitində keçən görüşdə tədbir iştirakçıları ölkənin bütün sahələrində qadınların böyük rolundan danışıb, ölkəmizin və xalqımızın gələcəyi üçün var qüvvələri ilə çalışacaqlarını qeyd ediblər.

Photogallery

43723164 2211677255744814 6182462288511893504 N

Hadisə

Təhsil