Cümə günü 14 Dekabr 2018

Cəmiyyət

Gəncə məktəbliləri nümunəvi davranışları ilə seçiliblər

Sənubər Göyüşqızı - 11/10/2018

Gəncə şəhər 27 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdləri Rauf Kərimov, Xeyrəddin Vəliyev və 17 nömrəli tam orta məktəbin X sinif şagirdi Mirabdulla Salahov öz davranışı ilə seçilməyi bacarıblar.

Belə ki, məktəblilər yol kənarında telefon tapıblar. Sonra həmin telefondan zəng edərək telefonun kimə aid olduğunu müəyyənləşdirərək, sahibinə təhvil veriblər. Telefonun sahibi uşaqlara minnətdarlıq edib və Gəncə şəhər Təhsil İdarəsinə müraciət edərək həmin uşaqlara xüsusi təşəkkür etməyimizi xahiş edib.

Gəncə məktəblilərinin nümunəvi davranışı göstərir ki, məktəblərimizdə biliklə bərabər, milli dəyərlərimizi yaşadan və ona hörmət edən sağlam ruhlu gələcək nəsil böyüyür. Etibar, güvən, dürüstlük nümayiş etdirdiklərinə görə onların ailəsinə, müəllimlərinə, məktəbinə təşəkkür edirik ki, Vətənə, millətə, dövlətə, sözün əsl mənasında, layiqli vətəndaş yetişdirirlər.

Hadisə

Təhsil