Çərşənbə günü 17 Oktyabr 2018

Cəmiyyət

Bu gün 'Beynəlxalq Qızlar Günü'dür

Sənubər Göyüşqızı - 11/10/2018

11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir.

Dünya Qız Uşaqları Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi "uşaq nikahları" olmuşdur. 2013-ci ilin əsas mövzusu isə BMT tərəfindən "təhsil" kimi müəyyənləşdirilmişdir.

BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət vs. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir.
Axı əsas ədalət və bərabərlik qanunları insanların həyatında uşaq yaşlarından başlayır. Bu məqsədlə həyata keçirilən ictimai məlumatlanma, təhsil, xüsusən, qız uşaqları üçün çox əhəmiyyətlidir. 

Hazırda dünyada 1,1 milyard qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondur. Ümumiyyətlə, dünyada 700 milyon qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür.

Hadisə