Çərşənbə günü 17 Oktyabr 2018

Cəmiyyət

Aqrar İnkişaf Könüllüləri Gəncədə sorğu keçiriblər

Sənubər Göyüşqızı - 11/10/2018

Aqrar İnkişaf Könüllüləri Gəncədə fəaliyyətə başlayıblar. Fəaliyyətlərinin ilk günü onlar sakinlər arasənda sorğu keçiriblər. Sorğunun əsasını aqrar sahədən gözləntilər və tətbiq edilən yeniliklərə əhalinin münasibəti təşkil edib. Şəhər mərkəzində aparılan sorğuya sakinlərin də münasibəti müsbət olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatı bu ilin iyul ayından yaradılıb. Hərəkatın yaradılmasında məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdir. Aqrar İnkişaf Könüllüləri ilk olaraq Şəkidə fəaliyyətə başlayıblar. İlkin olaraq Şəki DAİM üzrə 10 nəfər gənc çalışacaq. Onlar gündəlik 4 saat olmaqla könüllü şəkildə 3 ay ərzində çalışacaqlar. 

Photogallery

43676301 316861062197636 4968578623696011264 N 43706067 316861215530954 2598174469247729664 N 43586555 316861258864283 8589862745787072512 N

Hadisə