Çərşənbə günü 19 Dekabr 2018

Təhsil

UTECA 'EDUCATİON 2018' sərgisinə qatılacaq

Gülnar Fazilqızı - 10/10/2018

Sərgi 11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq.

11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçiriləcək.

Sərgidə Azərbaycan Texnologiya Universitetinə aid stenddə UTECA Texnoparkının yüngül sənaye, o cümlədən xalçaçılıq, şərab, gön-dəri və s. məhsulları sərgilənəcək.

"Education" sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.

UTECA yuxarı sinif şagirdlərini və abituriyentləri, eləcə də onların valideynlərini 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisində uiversitetimizlə daha ətraflı tanış olmağa dəvət edir.

 

Hadisə