Cümə günü 14 Dekabr 2018

Sosial

Azərbaycanda “Uşaq hüquqları aylığı” keçiriləcək

Sənubər Qocayeva - 10/10/2018

20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilib.

Ombudsman Aparatından  verilən məlumata görə, hər il olduğu kimi bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Ombudsman “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna, icmalara məktubla müraciət edib.

"Bu aylıq çərçivəsində gerçəkləşdiriləcək tədbirlər ölkəmizdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək", - Ombudsman Aparatından bildirilib.

report

Hadisə

Təhsil