Çərşənbə günü 17 Oktyabr 2018

Cəmiyyət

UAFA Gəncə İƏRM-in uşaqları Gəncəçay Park Bulvar Kompleksində olublar

Gülnar Fazilqızı - 10/10/2018

Gəncəçay Park Bulvar Kompleksində UAFA (Azərbaycana Birgə Yardım) Gəncə İƏR Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etmək məqsədi ilə gəzinti təşkil edib.

Uşaqların və valideynlərin işrirak etdiyi gəzinti Gəncəçay Park Bulvar Kompleksində yerləşən atraksionlardan başlayıb. Maraqlı və əyləncəli zaman keçirən tədbir iştirakçıları müxtəlif oyunlar oynayıb, şəkillər çəkdiriblər.

Gəncəçay Park Bulvarin direktoru Rustəm Bagirov bildirib ki,  xüsusi qayğıya ehtiyacı olan uşaqların ictimai tədbirlərə cəlb edilməsi onları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam hissi yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Bu proqramı təşkil etməkdə də məqsədimiz əlil və sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasını təbliğ və təmin etmək  olub.

Belə gəzintilər uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlar ilə ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir- deyən UAFA Gəncə İƏRM-in koordinatoru Rəzalə Abbasova əlil uşaqların və sağlam uşaqların iştirak etdiyi birgə tədbirlərin onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verdiyini qeyd edib.

Rəzalə Abbasova uşaqlara dəstək olduqları üçün Gəncəçay Park Bulvar Kompleksin kollektivinə  təşəkkürünü bildirib.

Photogallery

43437493 276997023148219 7884741257379971072 N 43612938 339253166825489 3413263827855212544 N

Hadisə