Çərşənbə günü 17 Oktyabr 2018

Cəmiyyət

“Müzakirə klubu”nda gender bərabərliyindən danışılıb

Gülnar Fazilqızı - 10/10/2018

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Müzakirə klubu”nun bu dəfəki mövzusu “Gender bərabərliyi” olub.

Müzakirədə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov,təlimçi Nuriyə Nuriyeva və  fəal gənclər iştirak ediblər.

Gənclərin asudə vaxtlatını səmərəli təşkil etmək, gənc liderlər yetişdirmək, vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolunu artırmaq, eyni zamanda, yeni simaları üzə çıxarmaq və gənclərdə müzakirə mədəniyyətini formalaşdırımaq məqsədi ilə təşkil edilən “Müzakirə klubu”nda bir araya gələn gənclər diskussiyalara qoşulub, fikir mübadiləsi aparıb, mövzu ilə bağlı videocarx izləyiblər.

Qadınların cəmiyyətdə rolundan danışan gənclər gender bərabərsizliyini yaradan səbəblər və onu aradan qaldırmağın həll yollarını araşdırmağa çalışıblar.

Photogallery

43491470 2201226560158123 410122634638917632 N

Hadisə