Bazar ertəsi 17 Dekabr 2018

Təhsil

ADAU-da tələbələr ustad dərsi dinləyib

Sənubər Qocayeva - 09/10/2018

Ustad dərsləri Baytarlıq ixtisasının tələbələri üçün keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələri üçün ustad dərsi keçirilib. Bu cür dərslər ilk olaraq tələbələrin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə olur. Mühazirə və ondan sonrakı diskusiyalar həm də tələbələrin elmi potensialını ortaya qoyur, dəyərli tövsiyyələr onların kamilləşməsinə təkan verir.

Baytarlıq ixtisasının tələbələri bu dəfə Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini, baytarlıq elmləri doktoru, professor İlham Əzimovu dinləyib. 

Mühazirədən əvvəl fakültə dekanı Qalib Dünyamalıyev qonaq mühazirəçini auditoriyaya təqdim edib.

Professor İlham Əzimov “Heyvanların mikozları, dermotomikozları və mikotoksikozları” mövzusunda mühazirə oxuyub. 90 dəqiqə davam edən mühazirə müəllim və tələbə heyəti tərəfindən maraqla dinlənilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Photogallery

43385582 1972736002819345 2466123775586861056 N 43531128 1972735946152684 6974723204451401728 N

Hadisə