Çərşənbə günü 17 Oktyabr 2018

Cəmiyyət

Gəncədə çoxmərtəbəli binaların dam örtüyü dəyişdiriləcək

Gülnar Fazilqızı - 06/10/2018

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq Gəncədə 148 çoxmərtəbəli binanın dam örtüyü dəyişdiriləcək.

Gəncədə hazırda 1200-dən artıq çoxmənzilli bina var. Onlardan 368-də dam örtüyünün dəyişdirilməsinə ehtiyac duyulur. Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Gəncə şəhəri üzrə 148 çoxmərtəbəli binanın dam örtüyü dəyişdiriləcək. Onlardan 69 ədədi 3, 4 və 5 mərtəbəli, 79 ədədi isə 9 və 12 mərtəbəli binalardır. Dam ötrüklərinin dəyişdirilməsi üçün ayrılan vəsait isə Gəncə üzrə ümumilikdə 619 763 AZN təşkil edir.

Şəhər Təsərrüfatı Şöbəsinin müdiri Mikayıl Zeynalov bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişi ilə komissiya yaradılıb. İlkin mərhələdə Gəncənin Gülüstan qəsəbəsi, Yeni Gəncə və Mahrasa bağı yaşayış massivlərində olan binaların dam örtükləri dəyişdiriləcək. 

Photogallery

Image (2) IMG 20181006 145213 IMG 20181006 145246

Hadisə