Bazar ertəsi 17 Dekabr 2018

Təhsil

UTECA-da 'Müəllimlər Günü' qeyd edildi

Sənubər Qocayeva - 05/10/2018

Tədbir universitetin rektoru, professor Akif Süleymanov bu münasibətilə pedaqoji heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

Sonra universitetin bir qrup professor-müəllim heyətinə mükafatlar təqdim olunub.

Tədbir tələbələrin ifasında konsert proqramı ilə davam edib.

Photogallery

43152699 314114792707994 5719088506148487168 N 43163650 686027791760328 8724352478360895488 N 43184117 252914335567781 666247009266565120 N 43137576 107761000144092 8917357863282671616 N

Hadisə