Çərşənbə günü 19 Dekabr 2018

Təhsil

İbrahim Cəfərov Moldovada Fəxri Doktor adına layiq görülüb

Sənubər Göyüşqızı - 05/10/2018

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunmuş MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlarının “Dünya üzümçülüyünün inkişaf problemləri və istiqamətləri” mövzusunda keçirilən iclasda iştirak edir.

Rektor Azərbaycanda aqrar sahədə üzümçülüyün yeri və bu sahənin inkişafına dövlət dəstəyi, kadr təminatı, cari tədris ilindən ADAU-da bakalavriat səviyyəsində “şərabçılıq” ixtisası üzrə yalnız dövlət sifarişi mütəxəssis hazırlığının aparılması, ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinin və birgə elmi-tədqiqatların aparılmasının prioritet istiqamətləri barədə danışıb.

Tədbir çərçivəsində İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin Fəxri Doktoru adına layiq görülüb. 

 

Photogallery

43124217 1968215929938019 5722533387747459072 N 43275593 1968215843271361 5608240760357912576 N

Hadisə