Çərşənbə günü 19 Dekabr 2018

Sosial

Gəncədə və Goranboyda işəgötürənlərin iştirakı ilə seminar keçirib

Sənubər Qocayeva - 02/10/2018

Seminar bir neçə mövzuları əhatə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy rayonu və Gəncə şəhərində işəgötürənlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması və “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzularında seminar keçirib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə Goranboy rayonu və Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Naftalan, Samux, Göygöl rayonlarından olan işəgötürənlər, təhsil işçiləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin nümayəndələri iştirak edib.

Seminarda qanunvericiliydə uşaqların əmək hüquqlarının həyata keçirilməsində təminatlar, qeyri-rəsmi məşğulluğun işçilərin sosial-əmək hüquqlarının pozulmasına təsiri, insan hüquq və azadlıqlarının təmin olunması və digər mövzularda müzakirələr aparılıb.

Photogallery

Aasmn 021018 02

Hadisə