Çərşənbə günü 17 Oktyabr 2018

Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında ilk Zona toplantısına həsr olunan konsert keçirilib

Sənubər Göyüşqızı - 02/10/2018

Konsert Azərbaycan Gənclərinin VIII Forumunun ilk Zona toplantısı çərçivəsində baş tutub. Konsertdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət rəsmiləri və ölkəmizin Qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib.

Əvvəlcə  Gəncə Dövlət Filarmoniyasının foyesində gənclərin təşkil etdiyi sərgi nümayiş etdirilib. Gənclərin əl işlərindən ibarət sərgi qonaqların marağına səbəb olub. Sərgidə sağlamlıq imkanları məhdud gənclərin əl işləri də diqqəti cəlb edib.

Daha sonra Filarmoniyanın səhnəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivlərinin "Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi" – Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində "Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi" mövzusunda ilk Zona toplantısına həsr edilən konsert proqramı başlayıb. 

Konsert Xalq çalğı alətlərinin müşayiəti və Azərbaycan Respublikasının əməkdar artisti Elçin Elçiyevin dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının “Uvertüra”sı ilə başladı. Konsert proqramı yerli və xarici bətəkarların musiqiləri ilə davam etdi. “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqqaslarının ifasında "İgidlər" rəqsi isə böyük coşqu ilə qarşılandı.

Məlumat üçün bildirək ki, bu gün Gəncə şəhər Heydər Əliyev mərkəzində Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. "Azərbaycan Xalq Cümhuriyyəti ili"nin qeyd edildiyi dönəmdə Azərbaycan Gənclərinin növbəti Forumunun məhz AXC hökumətinin işə başladığı şəhərdə baş tutması rəmzi məna daşıyır. 

Qeyd edək ki, ilk toplantının mövzusu - Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir.

Photogallery

42961047 308618253258962 5470414688598622208 N 42953242 305222070293902 8770389232079339520 N 42912068 249934809023878 2246307778874310656 N

Hadisə