Çərşənbə günü 19 Dekabr 2018

Sosial

'Təmas'ın dəstəyi ilə 'Sosial işin təşkili' mövzusunda tədbirlər davam edir

Sənubər Qocayeva - 01/10/2018

Tədbir Bakı Dövlət Universitetinin Qazax filialında baş tutub.

“Təmas” Regional İnkişaf İctimai Birliyinin   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “İnsan alveri və potensial insan alveri qurbanlarına  xidmət göstərən  Regional Reabilitasiya-Reinteqrasiya  Mərkəzinin dəstəklənməsi”  layihəsi çərçivəsində  Bakı Dövlət Universitetinin Qazax filialında “Sosial işin təşkili: dünya təcrübəsi, metodlar, standartlar” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə  30  nəfərdən çox   sosial iş ixtisasında təhsil alan tələbə və  müəllim iştirak etmişdirlər.

Layihə rəhbəri  Kubra Ələkbərova  icra olunan layihə,  donor təşkilat və layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat verdi.

Təlimçi-ekspert Gülnar Nəzərova öz çıxışında qeyd etdi ki, ölkəmizdə  sosial iş ixtisası hələ gənc olmasına baxmayaraq son illər ərzində bu sahəsinin inkişafına dair geniş  fəaliyyətlər həyata keçirilir. Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Bütün dünyada Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.

Tədbirdə iştirak edən Qzax rayon İcra hakimiyyətinin nümayəndəsi, ixtisasca psixoloq olan Kəmalə  Cəfərova öz çıxışında qeyd etdi ki, sosial iş elə bir ixtisasdır ki, o insanların rifahı üçün sosial dəyişikliklər edir, insanlar arasındakı munasibətlərdə problemləri həll edir və insanların rifahını yüksəltəmək üçün onları daxili güclərinə və daxili potensiallarına axralanmağa yönəldir. Bakı Dövlət Universitetinin Qazax filialında sosial iş ixtisasının olması Qərb bölgəsində  sosial xidmət sahəsinin inkişafına öz töhvəsini verəcəkdir.

Tədbirin təşkil olunmasında Qzax rayon İcra hakimiyyəti,  Bakı Dövlət Universitetinin Qazax filialının rəhbərliyi  yaxından köməklik göstərmişdirlər.

Photogallery

42697778 280207296148717 1902305723375681536 N 42691390 2207221656216778 7712735041310162944 N

Hadisə