Cümə günü 14 Dekabr 2018

Mədəniyyət

“Cine Club” 6-cı mövsümünü açıb

Gülnar Fazilqızı - 01/10/2018

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Cine Club” 6-cı mövsümünü açıq elan edib.

Tədbiri YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov açaraq,  gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, maarifləndirici, vətənpərvər ruhun aşılanması, kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə yaradılan ”Cine Club”un  5 il fəaliyyəti müddətində ətrafına yüzlərlə gənci topladığını bildirib.  O qeyd edib ki, Gəncə  gəncləri  ictimai həyatın bütün sahələrində fəal mövqeyi  ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Şəhərin ictimai-siyasi həyatında mühüm rol oynayan həmin gənclərin  inkişafında, dünyagörüşünün formalaşmasında onların asudə vaxtlarını necə keçirmələrinin də böyük rolu var. YAP Gəncə şəhər Təşkilatında mütəmadi keçirilən görüşlər, dəyirmi masalar, diskussiylar, treninqlər, gənclərin cəlb olunduğu müxtəlif kurslar partiya üzvlərinin formalaşmasında, ideya-siyasi səviyyəsinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Hər bir gənci bu imkanlardan əlverişli şəkildə istifadə etməyə və Azərbaycan Respublikasına layiqli bir gənc olmağı arzu edirəm.

Yeni mövsümün açılışında  gənclərin seçimi türk filmi “Sen Kiminle Dans Ediyorsun” olub. Filmin ssenarisi Burak Aksaka aiddir. Gənc kino həvəskarları böyük maraqla filmi izləyiblər.

Qeyd edək ki, “Cine Club”da nümayiş olunan filmlərin seçimində gənclər özləri iştirak ediblər. YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəal üzvləri əvvəlcədən ənənəyə sadiq qalaraq, sosial şəbəkədə günün nəbzinə uyğun bir neçə tarixi, sənədli, bədii filmlərin adını paylaşır, səs çoxluğu qazanan film kino həvəskarlarına təqdim edilir.

Photogallery

1

Hadisə

Təhsil