İdman
Kəpəz mövsümün ilk qələbəsini qazanıb
01/10/2018
-
Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 5-ci turun oyunları keçirilib.
Tur çərçivəsində "Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"la qəbul edib.
İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahibləri 14-cü dəqiqədə Elgün Orucovun qolu sayəsində hesabı açıblar. Fasiləyədək sarı-göylər daha bir qol vurub. Bu dəfə 38-ci dəqiqədə Elcan Rəhimov başıyla topu qapıdan keçirərək fərqi iki topa yüksəldib. İkinci yarıda da oyuna hakim olan gəncəlilər 48-ci dəqiqədə Dieqo Souzanın qolu ilə hesabı 3:0 ediblər. Qarşılaşmada son nöqtəni isə ilk qolun müəllifi Elgün Orucov qoyub. 86-cı dəqiqədə dubl edən oyunçu “Kəpəz”in qələbəsini rəsmiləşdirib.
Hesab 4:0 "Kəpəz"in xeyrinə başa çatıb.