Çərşənbə günü 19 Dekabr 2018

Mədəniyyət

Gəncəli ifaçı Cavid Məmmədov 'I am Singer Kazakhstan' yarışmasına qatılıb

Sənubər Göyüşqızı - 27/09/2018

"Ukraynanın səsi” müsabiqəsi ilə tanınan gəncəli Cavid Məmmədov “I am Singer-Kazakhstan” yarışmasına qatılıb. Cavid Məmmədov italyan musiqisi “Come Vorrei”ni səsləndirərək zaldakı tamaşaçıların 60% səsini toplaya bilib. Daha sonra o, münsiflərin də səsverməsi ilə növbəti mərhələyə keçməyi bacarıb.

Cavid Məmmədov son illərdə restoranlarda musiqi ifa etməyə başladığını deyib: “Müğənnilərin 90 faizi nə vaxtsa restoranlarda işləyiblər. Bəzi mahnılar var ki, onu restoranda ifa etmək olar, ancaq böyük səhnələrdə yox. Mənə də səhnə çatışmırdı. Bu yarışma mənə bu istəyim üçün imkan yaradır”.

Cavid Məmmədov yarışmaya Gəncədən qatıldığını bildirib. Münsiflər heyəti ifaçıdan bir parça muğam ifa etməsini istəyib. Yarışmaçı münsiflərin istəyi ilə muğam oxumağa cəhd edib və daha sonra bu sahədə professional olmadığını vurğulayıb.

Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

https://www.youtube.com/watch?v=bc2tqFuR4Mg

Hadisə