Çərşənbə günü 17 Oktyabr 2018

Mədəniyyət

Gəncənin uşaq kitabxanasına İsveç yazarının kitabları hədiyyə ediləcək

GanjaNews - 26/09/2018

İsveçin Azərbaycandakı səfiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə də baş çəkib.

İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman Gəncəyə işgüzar səfəri zamanı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə də baş çəkib.

Fondunda müxtəlif dillərdə 19 minə yaxın vəsait saxlanan kitabxana ilə yaxından tanışlıq zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Gəncənin zəngin və mədəni irsə malik olduğunu qeyd edən xanım İnqrid Tersman uşaq kitabxanasına İsveçin məşhur uşaq yazarı Astrid Lindqrenin Azərbaycan dilinə tərcümə olunmuş 9 kitabın hədiyyə ediləcəyini bildirib.

Hadisə