Çərşənbə günü 17 Oktyabr 2018

İdman

“Kəpəz” “Qoşqar” komandası ilə qarşılaşıb

Gülnar Fazilqızı - 26/09/2018

“Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb.

“Sarı-göylər” qarşıdakı mövsümdən Region Liqasında Gəncəni təmsil edəcək “Qoşqar” komandası ilə qarşılaşıb.

Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun I divizion klubunun qələbəsi ilə başa çatıb. “Kəpəz” rəqib qapısından 4 top keçirərək cəmi birini buraxıb. Komandanın məşqçilər korpusu Gəncə derbisində əsasən çempionat oyunlarında ehtiyatda qalan futbolçulara heyətdə yer verib.

Etibar İbrahimovun yetirmələri aşağı liqada növbəti görüşünü sentyabrın 28-də keçirəcək.

“Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Hadisə