Çərşənbə günü 17 Oktyabr 2018

İdman

Ülviyyə Fətəliyeva ilk qələbəsinə imza atıb

Sənubər Göyüşqızı - 25/09/2018

Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Olimpiadanın birinci turunda qadın şahmatçılardan ibarət Azərbaycan millisi  İordaniya yığmasına 4:0 hesabı ilə qalib gəlib. Şahmatçılarımızdan Zeynəb Məmmədyarova Odeh Aseeli, Xanım Balacayeva Alnaymat Rayanı, Gülnar Məmmədova Alşaebi Razanı, Ülviyyə Fətəliyeva isə Qayda Alattarı məğlub edib.

Qeyd edək ki, bu Gəncə Şahmat Klubunun yetirməsinin ilk qələbəsi deyil. Ülviyyə Fətəliyeva 2017-ci ildə keçirilən qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya  və2015-2017-ci illərdə Avropa çempionatlarının iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat OlimpiadasındaAzərbaycanın ikinci komandasının heyətində mübarizə aparıb.

Hadisə