Bazar ertəsi 17 Dekabr 2018

Siyasət

Ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir

Sənubər Göyüşqızı - 24/09/2018

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Zaman-zaman sınaqlardan uğurla keçən partiya tutduğu yola, mövqeyə sadiqliyi ilə xalqın dəstəyini qazanıb, ölkədə keçirilən seçki proseslərində qələbə əldə edib. Bu sözlər Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarında keçirilən yığıncaqlarda səslənilib.

Bildirilib ki, YAP Gəncə şəhər təşkilatı il ərzində bir çox layihələrə imza atıb, əlamətdar günlərlə əlaqədar silsilə tədbirlər həyata keçirib. Sevindirici haldır ki, ərazi ilk partiya təşkilatları da bu layihələrdə fəal iştirak edib, uğurla təmsil olunub.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Aparat rəhbəri Tural Verdiyev, ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov, təşkilat şöbəsinin müdiri Afər Məmmədov, təşkilat Gənclər Birliyinin sədri Yüksəl Məmmədov, məsul işçilər Sərxan İmanov, Teymur Əliyev, Anya Süleymanova, Cabir Məmmədov, Nahidə  Məmmədova və başqaları Yeni Azərbaycan Partiyasının dövlətin, ölkənin həyatındakı əvəzsiz rolundan, 25 illik müstəqillik tariximizdə həyata keçirdiyi işlərdən bəhs ediblər. Vurğulanıb ki, nə qədər ki, Azərbaycan dövləti mövcuddur, Yeni Azərbaycan Partiyası da iqtidar partiya olaraq var olacaqdır. Çünki Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır, partiyanın Proqram və Nizamnaməsi xalqın istək və tələblərini əks etdirir. Yeni Azərbaycan Partiyası Azərbaycançılıq ideasını əsas götürür. Biz hər birimiz Azərbaycanın iqtidar partiyası olan bu partiyanın üzvü olduğumuz üçün fəxr etməli, qürür duymalıyıq. Övladlarımızı isə bu əqidədə tərbiyə etməliyik, onlara vətənpərvərlik hisslərini aşılamalı, sağlam düşüncədə yetişdirmək üçün var gücümüzlə çalışmalıyıq.

 

Yığıncaqlarda ərazi ilk partiya təşkilatlarının il ərzində gördüyü işlərdən danışılıb, ərazi ilk partiya təşkilatları Gənclər Birliyi, Qadınlar Şurası, İdarə Heyətlərinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.

Sonda partiya sıralarına yeni üzv olan gənclərə təntənəli şəkildə vəsiqələr təqdim edilib.

Photogallery

41688361 702052263486490 8866155771440660480 N 41991978 308227613290772 6767194421977939968 N 42059093 1098483483644316 5152498301655842816 N

Hadisə