Çərşənbə günü 17 Oktyabr 2018

İdman

3 illik velomarafon: “Dünya yolu”

Gülnar Fazilqızı - 24/09/2018

21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə “Dünya yolu” adlı velomarafon təşkil olunub. Gürcüstanlı idmançı Rodar Beridze öz velosipedi ilə sülh naminə dünyanı dolaşacaq. Gürcüstanın Tbilisi şəhərindən yola çıxan marafon iştirakçısı Rodar Beridze Gəncəyə gəlib.

O burada Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları tərəfindən qarşılanıb. Qazaxdan Gəncəyə gələn Rodar Beridzenin sonrakı dayanacağı Ucar olacaq. O Hacıqabul, Bakı, Sumqayıt və Qubaya da səfər etdikdən sonra Dağıstan Respublikasına keçəcək. Velomarafon Qafqaz regionunun ümumilikdə 26 şəhərini əhatə edəcək.

Gürcüstanın Tbilisi şəhərindən başlanan velomarafon Avropanın 50 ölkəsini əhatə etməklə 3 il davam edəcək. Bu zaman ərzində 60 min kilometr məsafə qət ediləcək.

Photogallery

42378278 235905583752055 7087296745410920448 N

Hadisə