Cümə axşamı 18 Oktyabr 2018

Səhiyyə

Ödənişsiz tibbi müayinədən siz də yararlanın!

GanjaNews - 21/09/2018

23 sentyabr 2018-ci il tarixində Avrasiya Hospitalının həkimləri Gəncədə ödənişsiz tibbi müayinə aparacaqlar. “Şans” Tibb Mərkəzində təşkil olunacaq tibbi müayinə saat 10-00-da başlayacaq. Tibbi müayinədən keçmək istəyənlər Avrasiya Hospitalı ilə əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

Məlumat üçün bildirək ki, tibbi müayinədən bir gün əvvəl Avrasiya Hospitalı tərəfindən "Qəlbinin səsini dinlə" adlı konfransı keçiriləcək. Konfransın mövzusu həyatı təhlükəli aritmiyalar, müasir müalicə metodları, ürəkdə genetik xəstəliklər və onların üzə çıxarılması və profilaktikasıdır. Məruzəçi türkiyəli mütəxəssis, professor Ata Kırılmazdır. Avrasiya Hospitalın qastroenteroloq-hepatoloqu Aqil Ağakişiyev, pediatr Tərlan Əyyubov və Nevropatoloq Nailə Ələkbərovanin çıxışları olacaq. Konfran Gəncə Ramada Plaza otelinin konfrans zalında baş tutacaq. 

Hadisə